Slovakiyanın sabiq müdafiə naziri Yaroslav Nad 5 avqust, çərşənbə axşamı günü, Ukraynaya MiQ-29 qırıcılarının verilməsi ilə bağlı iş üzrə polisə ifadə verəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə SITA agentliyi, Nadın sədri olduğu “Demokratlar” partiyasının nümayəndəsinə istinadla xəbər yayıb.
Slovakiya Müdafiə Nazirliyinin dövlət katibi İqor Melixer daha əvvəl bəyan etmişdi ki, ölkəsinin 2023-cü ildə Ukraynaya MiQ-29 qırıcılarını verməsi qanunsuz sayılıb. Onun sözlərinə görə, Yaroslav Nadın bu qərarı əsaslandırmaq üçün istinad etdiyi “ekspert təhlili” əslində “qətiyyən mövcud olmayıb”.