Yasamal sakinləri təmiz su üzünə həsrətdir – VİDEObackend

Yasamal sakinləri təmiz su üzünə həsrətdir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İçməli suları var, amma içə bilmirlər..

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, paytaxtın Yasamal rayonu Dadaş Bünyadzadə 34b ünvanında yerləşən “Şaiq” MTK-ya məxsus çoxmərtəbli binada yaşayan 192 ailə verilən suyun natəmizliyindən şikayətçidir.

Sakinlər deyirlər ki, paslı su binanın su xəttini, kombi sistemini sıradan çıxarır. Bu sudan içmək isə mümkün deyil.

Sakinlər binanın təhlükəsizliyindən də narahtdırlar. Dediklərinə görə, təxminən 100 tonluq çən binanın alt hissəsində yerləşdiyindən bünövrə üçün də təhlükə yaradır.

İddialarla bağlı şirkətin əməkdaşı aidyyəti qurum tərəfindən sudan analiz nümunələrinin götürüldüyünü bildirdi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.