2024-cü ildə Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani 14A (“Ətçilər” adlanan ərazi) ünvanında abadlıq və quruculuq işlərinin aparılması məqsədilə 21 qanunsuz iaşə obyekti Rayon İcra Hakimiyyəti və aidiyyəti qurumlar tərəfindən görülmüş tədbirlər nəticəsində sökülmüş, ərazi qanunsuz tikintilərdən təmizlənərək torpaq qatı verilmiş, landşaft planlama işləri həyata keçirilmişdir.
Yasamal rayonu İcra Hakimiyyəti NOCOMMENT.az-a bildirib ki, yayımlanan video materialda M.Xiyabani 14A ünvanında yerləşən və ət dükanı kimi fəaliyyət göstərən vətəndaşa məxsus daşınmaz əmlak üzərində hüquq müəyyənedici sənəd olduğundan həmin iaşə obyektinin söküntüsü həyata keçirilməmişdir.
Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən M.Xiyabani 14A ünvanında vaxtilə məskunlaşmış keçmiş məcburi köçkünə mənzil veriləcəyinə dair heç bir vəd verilməmişdir.