Yasamalda təhlükəli vəziyyət: qaz borusu çəkdilər, sonra səkiləri sökdülər – VİDEObackend

Yasamalda təhlükəli vəziyyət: qaz borusu çəkdilər, sonra səkiləri sökdülər – VİDEO 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsində təhlükəli vəziyyət yaranıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə video paylaşılıb.

Bildirilib ki, öncə polietilen borular çəkilib və qaz borulara istismara verilib. Küçədə qaz boruları istismara verildikdən sonra səkilərin söküntü işləri aparılır.

Sakin bildirib ki, yerin 20 santimetr məsafəsində olan qaz boruları gözlə görülür, bu xətlə ərazidəki bütün evlərə qaz getdiyi halda səkilərin söküntü işləri aparılır və belə təhlükəli vəziyyət 3 aydır davam edir.