Yasamalda yanğın – VİDEObackend

Yasamalda yanğın – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda ictimai iaşə obyektində yanğın baş verməsi barədə məlumat daxil olub. 

NOCOMMENT.az xəbər verir ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri çağırış üzrə cəlb olunub.

FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 240 m² olan obyektin mətbəxində və havalandırma qurğusunda baş verən yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 1 ədəd kiçik mətbəx avadanlığı və havalandırma qurğusunda yağ qalıqları yanıb.

Restoran və mənzillər yanğından mühafizə olunub.