Yasamalda yenə ağaclar kəsildi, araşdırma aparılırbackend

Yasamalda yenə ağaclar kəsildi, araşdırma aparılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yasamal rayonu, Murtuza Muxtarov, 50 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat şikayətçinin iştirakı ilə xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb.

NOCOMMENT xəbər verir ki, xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə 5 ağacın kəsildiyi müəyyən edilib.

Hazırda ağacların kim tərəfindən kəsildiyini müəyyən etmək üçün Yasamal Rayon Polis İdarəsi ilə birgə araşdırma aparılır.

Xidmət rəsmisi yaşıllıqlara qayğı ilə yanaşan, onların mühafizəsinə həssas münasibət göstərərək Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə məlumat verən media və ictimaiyyət nümayəndələrinə təşəkkürünü bildirib.