Sinif rəhbərlərinə sinif otaqlarını təmir etmək üçün məktəb rəhbərliyi tərəfindən tapşırıq verilib.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, bu iddianı sosial şəbəkə platformalarında paytaxtın Yasamal rayonundakı 38 saylı tam orta məktəbin müəllimləri səsləndirib.
Digər müəllimlər və sinif rəhbərləri də otaqları özləri könüllü təmir etdiklərini deyirlər.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etdik.
İdarədən “Xəzər Xəbər”ə bildirildi ki, yeni dərs ilinə hazırlıqla bağlı paytaxtda ehtiyac olan 100-ə yaxın ümumitəhsil müəssisəsində cari təmir və mühəndis-kommunikasiya işləri həyata keçirilib. Təhsil müəssisələrində aparılan təmir-bərpa işləri yeni dərs ili başlayanadək tam yekunlaşacaq.
Məktəb icmasının isə bu işlərə cəlb olunmasına ehtiyac yoxdur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.