Qlobal Yaşayış qabiliyyəti indeksinə əsasən, dünyada yaşamaq üçün ən pis 10 şəhərin adı açıqlanıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə KONKRET.az məlumat yayıb .
İlk sırada Venesuelanın paytaxtı Karakas qərarlaşıb. İkinci yerdə Kiyev (Ukrayna), üçüncü isə Port Moresbidir (Papua Yeni Qvineya).
İlk “5-liy”i isə müvafiq olaraq Harare (Zimbabve) və Dəkkə (Banqladeş) tamamlayır.
Digər şəhərlər aşağıdakılardır:
6. Kəraçi (Pakistan)
7. Laqos (Nigeriya)
8. Əlcəzair (Əlcəzair)
9. Tripoli (Liviya)
10. Dəməşq (Suriya)