YAŞAT-a daxil olan vəsait MƏBLƏĞİbackend

YAŞAT-a daxil olan vəsait MƏBLƏĞİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu günə qədər YAŞAT Fonduna bütün valyuta hesablarından 64 milyon 815 min manat vəsait daxil olub.

NOCOMMENT-in məlumatına görə, bunu fondun rəhbəri Elvin Hüseynov Real TV-yə müsahibəsi zamanı deyib.

O qeyd edib ki, аondun maliyyə mənbəyi dövlət büdcəsindən deyil, vətəndaşlarımızın, iş adamlarının, dünya azərbaycanlılarının etdiyi könüllü ianələr əsasında formalaşıb.

“Bu ianələr hesabına biz şəhid ailələri və müharibə əlillərinə – qazilərimizə dəstək göstəririk. Bu günə qədər YAŞAT Fonduna bütün valyuta hesablarından 64 milyon 815 min manat vəsait daxil olub. Bu da kifayət qədər böyük bir məbləğdir. Daxil olan vəsaitin 49 milyon 353 min manatı fondun 4 fəaliyyət istiqaməti üzrə xərclənib. Hazırda fondda 15 milyondan artıq vəsait qalıb”, – deyə o bildirib.