YAŞAT Fondu daha bir şəhidin yeni doğulan övladı üçün hesab açıbbackend

YAŞAT Fondu daha bir şəhidin yeni doğulan övladı üçün hesab açıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

YAŞAT Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsi davam edir.

NOCOMMENT xəbər verir ki, daha bir şəhidimizin yeni doğulan övladının, şəhidimiz Nadir Nadirlinin övladı Nadianın zəruri xərcləri fond tərəfindən qarşılanıb.

“Bu məqsədlə 1 000 manat anaya təqdim olunub və dünyaya yeni göz açan körpənin adına 5 000 manatlıq hesab açılacaq. Həmin hesaba vəsait fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 16 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.

Qeyd edək ki, bankla ana arasında bağlanmış müqaviləyə əsasən bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara biləcək. Həmçinin ana həmin məbləği istənilən valyutaya da dəyişə bilər”, – deyə fonddan bildirilib.

Xatırladaq ki, YAŞAT Fonduna müraciət etmək və fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.