YAŞAT Fonduna bir milyondan çox vəsait köçürülübbackend

YAŞAT Fonduna bir milyondan çox vəsait köçürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün YAŞAT xeyriyyə marafonunun başa çatması ilə əlaqədar mətbuat konfransı keçirilib.

NOCOMMENT xəbər verir ki, tədbirdə Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev və YAŞAT Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov iştirak ediblər.

29 aprel tarixindən start verilən marafon Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin və YAŞAT Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı ilə reallaşdırılıb.

“Qələbəni bizə yaşadanları birlikdə yaşadaq” şüarı altında keçirilən marafonun məqsədi yaralananlara və şəhidlərimizin ailələrinə dəstək məqsədi ilə dünya azərbaycanlılarını dəmir yumruq ətrafında birləşdirmək olub.