YAŞAT Fonduna toplanan vəsaitin məbləği AÇIQLANDIbackend

YAŞAT Fonduna toplanan vəsaitin məbləği AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu olan YAŞAT Fonduna toplanan vəsait 27 milyon manatı ötüb.

NOCOMMENT-in xəbərinə görə, Fonda toplanan vəsait 27 476 577.35 manatdır. Həmin vəsaitdən 16 400 866.8 manatı fiziki şəxslər, 11 075 710.55 manatı isə hüquqi şəxslər tərəfindən ödənilib.

Fonda daxil olan vəsaitin 1 468 655.53 manatı xərclənib. Vəsaitin qalığı isə 26 007 921.82 manatdır.

Xatırladaq ki, YAŞAT Fondu Prezident İlham Əliyevin dekabrın 8-də imzaladığı fərman əsasında yaradılıb.