YAŞAT Fondunun xərclədiyi vəsaitin məbləği 52 milyon manatı ötübbackend

YAŞAT Fondunun xərclədiyi vəsaitin məbləği 52 milyon manatı ötüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu günədək YAŞAT Fondunun fəaliyyət istiqamətləri üzrə 52 444 913.01 manat məbləğində vəsait xərclənib.

Bu barədə NOCOMMENT-ə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, bu çərçivədə 2 927 şəhidin ailə üzvləri, habelə 5 261 yaralı olmaqla ümumilikdə 16 644 şəxslə görüşülüb, ehtiyacları qeydə alınıb və 11 450 şəxsin 16 537 müraciəti icra olunub.