Yaşayış binasındakı partlayışın ilkin səbəbi AÇIQLANDIbackend

Yaşayış binasındakı partlayışın ilkin səbəbi AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyi (FHN) Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayışın başvermə səbəblərini açıqlayıb.

Nazirlikdən NOCOMMENT-ə bildirilib ki, ilkin məlumata əsasən, onsəkkizmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə, ilkin ehtimala əsasən, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayış baş verib.

Nəticədə, ilkin məlumata əsasən, bir nəfər həlak olub, 2 nəfər xəsarət alıb, mənzilə ciddi ziyan dəyib.

Hazırda FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülür.