Yaşayış sahəsindəki vulkan az qala “partlayış” həddinə çatıbbackend

Yaşayış sahəsindəki vulkan az qala “partlayış” həddinə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyada gündəm Neapol yaxınlığındakı vulkanın partlayış nöqtəsinə çatmasıdır. Mütəxəssislər Campi Flegrei’nin indi son dərəcə təhlükəli vəziyyətə gəldiyini söyləyirlər.

NOCOMMENT xəbər verir ki, İtaliyada genişlənən vulkan yaxınlığında yarım milyon insan yaşayır və bir araşdırmaya görə püskürmə riski heç vaxt bu qədər böyük olmayıb. Yeni araşdırmada vulkanın hər an aktiv ola biləcəyi açıqlanıb. Tədqiqatın müəllifi Stefano Karlino, Campi Flegrei-nin Vezuvi dağı qədər tanınmadığını, lakin “son dərəcə təhlükəli” olduğunu söylədi.

“The Guardian” qəzetində yer alan xəbərə görə, Campi Flegrei yüngül qəbul ediləcək bir yer deyil, sözügedən vulkanın 30 min il əvvəl püskürdüyü təxmin edilir.