Yaşı 65-i keçən müəllimlərlə bağlı TƏKLİFbackend

Yaşı 65-i keçən müəllimlərlə bağlı TƏKLİF

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bəzi məktəblərdə müəllimlər pensiyaya çıxanda onların fənlərini qeyri-ixtisas sahibləri tədris edir”.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, bunu deputat Musa Qasımlı Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deyib.

“Biz özümüzə sual verməliyik, 65 yaşı çatıb pensiyaya çıxan müəllim o fənni yaxşı tədris edər, yoxsa qeyri-ixtisas sahibi? Hesab edirəm ki, onların müqavilələrinin müddətinin artırılmasında fayda var. Təbii ki, həmin yerə yeni kadrlar gələndə, müqavilənin müddəti dayandırıla bilər” – deyə deputat qeyd edib.