Yaşıl bananın inanılmaz faydalarıbackend

Yaşıl bananın inanılmaz faydaları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Yetişməmiş, yaşıl bananı yemək olarmı? Onun xeyirli tərəflərindən xəbərsiz çoxları onu bu cürə xoşladıqları üçün yeyirlər.
NOCOMMENT Medicina-ya istinadən xəbər verir ki, kal banan həm arıqlamağa, eləcə də böyrəklərin sağlam işləməsinə belə yardım edir. Diyetoloq və qastroenteroloqlar bu meyvəni qıcıqlanmış bağırsaq sindromu olan insanlara tövsiyə edirlər. Bunun üçün kal bananları suda bişirmək və ya buxarda bişirməklə yemək olar.
Kal bananın tərkibində çoxlu kalium var. Kalium həm də qan təzyiqi səviyyələrini idarə etməyə kömək edir.
Kal bananın tərkibində olan lif kifayət qədər uzun müddət həzm olunur və toxluq hissini uzadır. Buna görə səhər yeməyi üçün bir neçə yaşıl banan yedikdə nahardan əvvəl zərərli qəlyanaltıya keçmə ehtimalınızı azaldır.
Kal bananda kaliumla yanaşı vitamin C və vitamin B6 var.
Yaşıl bananların aşağı glislmik indeksi var, bu da qan şəkəri səviyyələrində qəfil sıçrayışların olmamasını təmin edir və kal banan diabetli insanlar üçün həm təhlükəsiz, xeyirlidir.
Yaşıl bananların tərkibində davamlı nişasta var, həzm zamanı bədən tərəfindən tam parçalanmayan və v nişasta növü xolesterol səviyyələrini idarə etməyə kömək edən qısa zəncirli yağ turşularına çevrilir.