Yaşıl enerji sahəsində sazişə düzəliş protokolu təsdiqləndibackend

Yaşıl enerji sahəsində sazişə düzəliş protokolu təsdiqləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında bu il sentyabrın 3-də Buxarest şəhərində imzalanmış yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında sazişə düzəliş protokolu təsdiq edilib.

NOCOMMENT.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana görə, Energetika Nazirliyi protokol qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Həmçinin Xarici İşlər Nazirliyi protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan, Rumıniya və Macarıstana bildiriş göndərməlidir.