Yaşıl kart qazanan azərbaycanlılar – Növbəti addımlarbackend

Yaşıl kart qazanan azərbaycanlılar – Növbəti addımlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər ilin may ayında ABŞ dövlətinin ildə 1 dəfə keçirdiyi “green card” proqramının nəticələri açıqlanır və bu il də Bakı vaxtıyla mayən 7-də saat 20:00-da nəticələr açıqlandı. Hazırda dəqiq qaliblərin sayı bilinməsə də, greencard.az-a istinadən builki azərbaycanlı qaliblərin sayının 1000 nəfərdən çox olması gözlənilir.

Növbəti addımlar

Bu ilin oktyabr ayının 1-dən növbəti ilin sentyabr ayının 30-na kimi Azərbaycanda yaşayan “green card” qalibləri üçün Gürcüstandakı ABŞ səfirliyində viza görüşləri təyin ediləcək.

Pandemiya səbəbindən 2019 və 2020-ci illərdə “green card” qalibi olmuş şəxslərin çox hissəsinə səfirlikdə görüş təyin olunmasa da, bu ildən başlayaraq viza görüşləri bərpa olunub və yeni qalib olmuş şəxslərin səfirlikdəki viza görüşlərinin təyin olunmasında heç bir problem gözlənilmir.

“Green card” qaliblərinin hamısı viza ala bilirlərmi?

Hər il dünya üzrə 100 min nəfərdən çox “green card” qalibi olur, lakin təxminən 50 min nəfərə viza verilir. Bəzi hallarda xırda səhvlər üzündən və ya başqa səbəblərdən qaliblər, səfirlikdə vizadan imtina alırlar. Xüsusilə də son aylarda xeyli sayda azərbaycanlı “green card” qaliblərinin viza görüşünə düzgün hazırlaşmadıqları üçün vizadan imtinalar aldıqları müşahidə olunur.

Qaliblər, məyus olmaqla yanaşı viza rüsumu daxil olmaqla xeyli miqdarda maddi itkilərlə də üzləşirlər.

Yəni qısa olaraq desək, qalib olan hər kəs viza ala bilmir.

Son viza imtinalarını nəzərə alaraq, “Green card Azerbaijan” (www.greencard.az) şirkəti, “green card” qaliblərinə bu ildən başlayaraq tam zəmanətli konsultasiya, viza görüşünə hazırlıq xidməti təklif edir.

Şirkətə müraciət edən “green card” qalibləri, vizaya hazırlıq prosesində şirkətin 10 ildən çox olan təcrübəsindən faydalana biləcəklər. Həmçinin qaliblər viza görüşünə girməzdən qabaq, onların işləri ABŞ-də imiqrasiya vəkilləri tərəfindən də yoxlanacaq.

“Hər il “green card” qalibi olan, lakin düzgün hazırlaşmadıqlarına görə səfirlikdə vizadan imtina alan şəxslər olur. Viza görüşünə hazırlığı tam arxayınlıqla şirkətimiz vasitəsilə edə bilərsiniz və vizadan imtina almaq şansınızı sıfıra endirə bilərsiniz.

Viza alacağınıza tam zəmanət veririk, viza alınmadığı təqdirdə səfirliyə ödədiyiniz viza rüsumunu (330$) və digər çəkdiyiniz xərcləri sizə geri qaytarırıq!”, – deyə şirkətin rəsmi feysbuk səhifəsində bildirilib.