Yata bilməyənlər bu meyvəni yesinbackend

Yata bilməyənlər bu meyvəni yesin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yatmazdan əvvəl yemək üçün ən faydalı meyvə kividir.

NOCOMMENT.az medicina-ya istinadən xəbər verir ki,alimlər onda serotonin olduğunu bildirib.

Məhz kivi tam yuxu tsiklini bərpa edə bilər.

Yuxugətirici təsirə malik meyvələrdən biri də kividir.

Alimlər 4 həftə davam edən tədqiqatda onlarla yuxu pozuntusundan əziyyət çəkən insan üzərində təcrübə aparılıb.

İştirakçılar hər gün yuxudan 1 saat qabaq 2 kivi yeyiblər.
İkinci qrup isə axşam yeməyindən tam imtina edib.

Nəticələr göstərib ki, kivi yuxugətirici təsirə malikdir.

Tədqiqatın sonunda iştirakçıların 42%-i daha tez yatıb. Gecələr oyanmadan tam yuxu almaq effekti də 10% artıb, yuxunun ümumi müddəti isə 13% artıb.

Kivinin belə pozitiv təsiri onun təkibində beyinə yaxşı təsir edən serotoninin olmasıdır.

Eləcə də kivi C vitamini ilə zəngindir.