Yataqxana sakinləri bir həftədir qazsız qalıblar – VİDEObackend

Yataqxana sakinləri bir həftədir qazsız qalıblar – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda yataqxana binasında qaz sayğacları sökülüb. Nəticədə sakinlər bir həftəyə yaxındır ki, mavi yanacaqsız qalıblar.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət paytaxtın Yasamal rayonunda yerləşən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun yataqxanasından gedir.

Sakinlər deyirlər ki, məsələ ilə bağlı şikayət etsələr də, nəticə yoxdur.

Dediklərinə görə, onlara binadakı qaz sayğaclarının sökülməsinin, mavi yanacağın kəsilməsinin səbəbi konkret deyilməyib.

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun adının çəkilməsini istəməyən əməkdaşı şifahi olaraq qanunla yataqxananın qazlaşdırılmasına icazə olmadığını bildirib. O, həmçinin iddia etdi ki, bir neçə sakin qeyri-qanuni qaz xətti çəkib. Ona görə də binanın təhlükəsizliyi məqsədilə belə bir addım atılıb. Onun sözlərinə görə, qazın verilişinin dayandırılması ilə bağlı FHN-in rəyi də mövcuddur.

Sual yaranır: qanunla bu yataqxananın layihəsində əvvəlcədən qaz sistemi nəzərdə tutulmayıbsa, bir həftə öncəyə qədər binaya təbii qaz necə verilib, qaz xətti necə çəkilib?

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinə müraciət etsək də, cavab ala bilmədik.

Qeyd edək ki, “Azəriqaz”ın təhlükəsizlik qaydalarına əsasən, yataqxana, bağça, məktəb, xəstəxana kimi ictimai binalarda qaz cihazlarının quraşdırılması yalnız layihə və texniki təhlükəsizlik tələblərinə uyğun çəkildikdə mümkündür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.