Yaxın Şərq nüvə müharibəsinə başlaya bilərbackend

Yaxın Şərq nüvə müharibəsinə başlaya bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın Şərq münaqişəsi mövzusu hər gün daha da kəskinləşir. Bütün dünyada siyasətçilər atəşkəsə ehtiyac olduğunu bəyan edirlər, lakin heç kim bununla bağlı heç nə etmir. Sülhməramlı səylər indiyədək uğursuz olub. İsrail heç kimi dinləmək istəmir, yalnız öz maraqlarından çıxış edir. Bayden deyir ki, Birləşmiş Ştatlar dünyanı yenidən qurmalıdır. Onu özlərinə məxsus üsullarla yenidən qururlar.

NOCOMMENT.az “smotrim.ru”-ya istinadla xəbər verir ki, bu sözləri hərbi ekspert, Hava Hücumundan Müdafiə Qoşunları Muzeyinin direktoru Yuri Knutov deyib.

“Uzaq Şərqə baxsanız, Çin və Tayvan arasında real münaqişə təhlükəsi var. Hazırda Ukrayna və İsraildəki vəziyyətə görə, Azərbaycanla Ermənistan arasındakı münaqişə arxa plana keçib, baxmayaraq ki, orada vəziyyət son dərəcə ağırdır. Xüsusi əməliyyat dayanmadan davam edir və Yaxın Şərq münaqişəsi inanılmaz sürətlə alovlanır. Ən gərgin vəziyyət isə İsraildədir, çünki Qərb bu münaqişəni qanlı mərhələyə keçirməyə çalışır. Mülki əhali məhv edilir. Çox sayda uşaq ölür”, – deyə o sözlərinə davam edib.

Onun sözlərinə görə, hazırda hər şey elə cərəyan edir ki, Qəzza zolağında xüsusi əməliyyat başlasa, İran İslami hərəkatlar vasitəsilə Fələstinin tərəfinə çıxacaq: “Pakistan imamları artıq bəyan ediblər ki, əgər İsrail İrana qarşı nüvə silahından istifadə edərsə, Pakistan da İsrailə qarşı nüvə silahından istifadə edəcək”.