İsrailin turizm naziri Haim Katz Birləşmiş Millətlər Təşkilatının konfransı üçün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada gedib.
NOCOMMENT.az xəbər verir ki, İsrail Turizm Nazirliyindən verilən yazılı açıqlamaya görə, Katz 27-28 sentyabr tarixlərində keçiriləcək Dünya Turizm Təşkilatı konfransı üçün Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərinə gedib. Katzın iki günlük səfəri çərçivəsində xüsusilə Yaxın Şərqdən olan həmkarları ilə görüşlər keçirəcəyi bildirilib.
İsrailin turizm nazirinin səfəri bu ölkədən Səudiyyə Ərəbistanına ilk nazir səfəri kimi qeydə alınıb.