Bəşər Əsədin siyasi rejiminin süqutu və Suriyada üsyançıların və islam yaraqlılarının yeni hakimiyyətinin qurulması Rusiyanın ölkədə və bütövlükdə Yaxın Şərqdə hərbi mövcudluğu üçün ciddi təhlükə yaradır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Amerikanın The Washington Post (WP) qəzeti Janes şirkətinin analitiklərinə istinadən məlumat yayıb.
“Tartus və Xmeymimdəki bazaların itirilməsi Aralıq dənizinin şərqində daimi mövcudluğunu saxlamağa çalışan Rusiya donanmasına əhəmiyyətli təsir göstərə bilər. [Əks halda] Rusiya gəmiləri və sualtı qayıqlarını Baltik dənizinə köçürməli olacaq”, – deyə hesabatda bildirilir.
Daha əvvəl Rusiya Beynəlxalq Əlaqələr Şurasının (RİAC) eksperti Kirill Semenov bildirib ki, Suriyanın yeni hakimiyyət orqanları bu ölkədəki Tartus və Latakiyadakı bazalarla bağlı Rusiyaya etibarlı təminat verməyib.
Öz növbəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiyanın Suriyadakı hərbi bazalarının gələcəyi barədə danışmaq hələ tezdir və bu, ölkənin yeni hakimiyyət orqanları ilə danışıqların predmetinə çevriləcək.