Yaxın Şərqdə humanitar böhran – Bir milyondan çox fələstinli…backend

Yaxın Şərqdə humanitar böhran – Bir milyondan çox fələstinli…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mayın sonuna qədər Qəzzada 1 milyondan çox fələstinli qida çatışmazlığı ilə üzləşəcək”.

NOCOMMENT.az xəbər verir ki, BMT-nin Yaxın Şərq sülh prosesi üzrə xüsusi koordinatoru Tor Vennesland belə deyib.

Onun sözlərinə görə, İsrail Rəfahda hərbi əməliyyata davam edərsə, humanitar vəziyyət daha da pisləşəcək:

“Qəzzada hərbi əməliyyatların humanitar təsiri kataklizm olub və hər gün daha da pisləşir. Təxminən 1,7 milyon insan qaçqın düşüb, 1 milyona yaxın insan Rəfahda sığınacaq tapıb. Qəzzada 1 milyondan çox fələstinlinin may ayının sonuna qədər fəlakətli səviyyədə qida çatışmazlığı ilə üzləşəcəyi proqnozlaşdırılır və Qəzzanın şimal hissəsində aclıq qaçılmazdır. İsrailin Rəfahda planlaşdırdığı quru əməliyyatlarına davam edəcəyi təqdirdə 1 milyondan çox insanın məcburi köçkün olması ilə bağlı kabus məni son dərəcə narahat edir”.

O, İsraili beynəlxalq hüquq çərçivəsində üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyə və Qəzzaya humanitar yardımın çatdırılmasını asanlaşdırmağa çağırıb:

“Mən İsraili beynəlxalq hüquq çərçivəsində üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyə, o cümlədən Qəzzaya sürətli və maneəsiz humanitar girişə icazə verməyə çağırıram”.