Yaxın Şərqdə humanitar BÖHRANbackend

Yaxın Şərqdə humanitar BÖHRAN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qəzzada münaqişə davam etdikcə həmkarlarımız üçün vəziyyət getdikcə daha təhlükəli olur”.

NOCOMMENT.az xəbər verir ki, BMT Baş katibinin sözçüsü Stefan Dujarrik belə deyib. Bildirib ki, Rəfahda səhiyyə və humanitar yardım, eləcə də sosial xidmətlər bir-birinin ardınca bağlanmağa məcbur edilir:

“Rəfahda səhiyyə və humanitar yardım, eləcə də sosial xidmətlər bir-birinin ardınca bağlanmağa məcbur edilir. Bu, Qəzzada döyüşlərin genişlənməsi, təhlükəsizliksizlik, evakuasiya əmrləri və resursların köçkünlərin sığınacaq axtardıqları ərazilərə yönəldilməsi zərurəti ilə bağlıdır. Nə olacağını təxmin edə bilmərik. Qəzzada hərbi əməliyyatların intensivləşdiyini müşahidə edirik. Biz humanitar atəşkəs istəyirik”.

Bunun baş verməsi döyüşlərin bölgədə intensivləşməsindən asılıdır:

“İsrailin genişmiqyaslı bombardmanları barədə məlumat verilməyə davam edilir. Qurudan hücumlar və şiddətli döyüşlər də Qəzzanın şimal, mərkəzi və cənubuna təsir edir. Məlumata görə, Qəzzaya humanitar yardım axını 67% azalıb. Bu, Rəfah keçidinin bağlanması ilə bağlıdır.”