Yayda vaksinlərə davamlı ştam yayıla bilər – ÜST rəhbəribackend

Yayda vaksinlərə davamlı ştam yayıla bilər – ÜST rəhbəri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda SARS-CoV-2 virusunun yeni, daha virulent ştamının yaranması üçün real təhlükə var və o, mövcud vaksinlərin təsirindən yayına biləcək”

NOCOMMENT.az xəbər verir ki, ÜST baş direktoru Tedros Adhanom Gebreyesus mövcud peyvəndlərin təsirsiz olacağı yeni, daha təhlükəli COVID-19 ştamı barədə xəbərdarlıq edib.

O, ÜST-ün bəzi regionlardakı tendensiyalardan narahatlığını çatdırıb və qeyd edib ki, Afrika və Qərbi Sakit Okean regionunda ölüm hallarının sayı artmaqdadır.

“Pandemiyanın bitdiyini söyləmək hələ tezdir. O bitməyib”, – deyə Gebreyesus vurğulayıb.

Təşkilat rəhbəri virusun necə təkamül edəcəyini proqnozlaşdırmağın çox çətin olduğunu qeyd edib.
Medicina.az