Yaz ölkəmizə niyə gəlmir? – Rəsmi CAVABbackend

Yaz ölkəmizə niyə gəlmir? – Rəsmi CAVAB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkəmizə yaz gəlsə də, onun isti nəfəsini duymaq mümkünsüzləşib. Hətta bəzi günlərdə yazın yox, payızın daxil olduğunu düşünürsən.

NOCOMMENT.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova may ayı olmasına baxmayaraq, havanın soyuq, yağıntılı keçməsilə bağlı Modern.az-ın sualını cavablandırarkən bildirib ki, hazırda temperatur iqlim normaları daxilindədir.

G.Məmmədova deyib ki, orta iqlim temperaturu isə 0,8 -1,2 dərəcə arasında artıb:

“Hava şəraitində hazırda heç bir dəyişiklik yoxdur. Havada dəyişkən cənub küləyin üstünlüyü müşahidə olunur. Mayın 15-i axşamdan qərb rayonlarından başlayaraq 17-si gündüzədək hava şəraitinin dəyişəcəyi gözlənilir”.

Qeyd edək ki, Bakıda və respublikanın digər bölgələrində aramsız yağış yağıb, bəzi yerlərdə leysan xarakterli olub.