“Yazıçılar Birliyin katibi 1 ildə yazdığım 16 kitabımı dedi at ZİBİLXANAYA” – Qalmaqal – VİDEObackend

“Yazıçılar Birliyin katibi 1 ildə yazdığım 16 kitabımı dedi at ZİBİLXANAYA” – Qalmaqal – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi bir ildə 16 kitab yazmağımı biləndə məni təhqir edərək, kitablarımı “zibil” adlandırdı”.

NOCOMMENT.az xəbər verir ki, bunu referans.az- açıqlamasında yazıçı Nazlı Çələbi deyib

Krım Yazıçılar Birliyinin üzvü Arifə Muxtarova efir məkanlarında baş verən biabirçılıqlarla bağlı yazı paylaşaraq, Yazıçılar Birliyinin sədri Anar Rzayevə müraciət edib, bir neçə şair və yazıçının, eləcə də Nazlı Çələbinin adını çəkərək baş vərənlərə susmasını qınayıb.
Buna cavab olaraq adı çəkilən yazıçı Nazlı Çələbi video material hazırlayaraq, Arifə Muxtarovanın suallarına cavab verib.

Elə hadisələr də bundan başlayıb.

Nazlı Çələbi cavabında bildirib ki, ötən il ərzində 16 kitab yazıb və yazdığı kitablar haqda məlumat verməkçün Yazıçılar Birliyinin sədri Anar Rzayevin qəbuluna düşmək istəyib. Lakin, onun qarşısına görüş üçün barierlər qoyulub:

“Mənə deyildi ki, Yazıçılar Birliyinin 2500 üzvü var, Anar müəllim onların hər birini tanımağa məcburdurmu? Və mən katiblərdən biri, İlqar Fəhmi ilə söhbətim oldu. Deyəndə ki, bir ilin içində 16 kitab yazmışam. Mənə dedi ki, apar o kitabları at zibilliyə. Sual verəndə ki, mən niyə kitablarımı zibilliyə atım? Mənə dedi ki, il ərzində 16 kitab yazmaq mümküm deyil. Əgər yazmısansa, sənin yazdığın zir-zibildir. Sual verdim ki, məni tanıyırsız mənə belə şeylər deyirsiniz? Mənə dedi ki, tanımıram, tanımaq da istəmirəm”.

Nazlı Çələbi qeyd edib ki, Yazıçılar Birliyində onunla normal söhbət edən 2 nəfər olub, biri Xalq yazıçısı Çingiz Abdullayevdir, digəri isə AYB-nin sədrinin müavini Rəşad Məciddir: “Onlardan başqa məni dinləyəcək, və yaxud da mənə yardım edəcək, səsimə səs verəcək, hansısa işi görməyə cəhd edəcək kimsəyə rast gəlməmişəm. İlqar Fəhmi mənim vacib, ciddi yazdığım əsərlərə zibil dedi. Mənə dedi ki, sən Anar müəllimin otağına gedib desən ki, 16 kitab yazmışam, səni otaqdan qovar. Necə ola bilər ki, Çingiz Abdullayev 1 ilin içində 20 kitab yaza bilir, mən yaza bilmərəm? Heç bilirsiniz İlqar Fəhminin cavabı nə oldu? Daha mən onu demək istəmirəm”.

Məsələ ilə bağlı Yazıçılar Birliyin katibi İlqar Fəhmi ilə əlaqə saxladıq. O bizə verdiyi məlumatda Nazlı xanımı təhqir etmədiyini dedi:”Yox e, nə danışırsınız? Mən elə söz deyənəm? Mənim leksikonumda ümumiyyətlə “zibilxana” sözü yoxdur. Demişəm ki, bir ildə 16 kitab yazıbsa, ona şübhə ilə yanaşıram. Çünki normal roman yazmaqçün 4-5 ay vaxt lazımdır”.