Yeddi nəfəri güllələyərək öldürdü – UKRAYNADAbackend

Yeddi nəfəri güllələyərək öldürdü – UKRAYNADA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada 58 yaşlı kişi şəxsi münaqişə zəminində 7 nəfəri güllələyərək öldürüb.

NOCOMMENT.az xəbər verir ki, bunu “Facebook”da ölkənin daxili işlər nazirinin müavini Anton Geraşenko bildirib.

Сегодня ночью в лесах Житомирщины разыгралась кровавая трагедия. На берегу ставка, неподалёку от села Новоселица…

Gepostet von Антон Геращенко am Donnerstag, 21. Mai 2020

Hadisə Ukraynanın Jitomir vilayətində baş verib. Öldürülən şəxslər göl sahilində istirahət edirmiş.

A.Geraşenkonun sözlərinə görə, kişi ov tüfəngi ilə öncə 2, daha sonra isə yatmış vəziyyətdə olan 6 nəfəri güllələyib. Həmin şəxslərdən 7 nəfər ölüb. Yalnız bir nəfər güllə səslərini eşidərək meşəyə qaçıb və sağ qalıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun kimliyi açıqlanmayıb. O, məhkəmə-psixiatrik ekspertizaya göndəriləcək.

“Düşünürəm ki, məhkəmə 7 nəfəri həyatından edən insana ömürlük həbsdən başqa cəza verməyəcək”, – deyə nazir müavini əlavə edib.

Faktla bağlı araşdırma aparılır.

Report