İordan çayının qərb sahilində yəhudi mühacirlər bir fələstinlini öldürüb.
NOCOMMENT xəbər verir ki, işğal altındakı İordan çayının qərb sahilində Nablus şəhəri yaxınlığında yəhudilərin hücumu nəticəsində bir fələstinli ölüb.
Bir qrup yəhudi köçkün Nablusun Es-Saviye qəsəbəsində zeytun toplayan fələstinlilərə hücum edərək atəş açıb.
Qəzzada Səhiyyə Nazirliyindən verilən açıqlamada Es-Saviye qəsəbəsində bir yəhudi mühacirlər tərəfindən sinəsindən güllə ilə vurulan 40 yaşlı fələstinli Bilal Muhammed Salehin həyatını itirdiyi bildirilib.