Yəhudi köçkünlər fələstinlilərə hücum etdibackend

Yəhudi köçkünlər fələstinlilərə hücum etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fanatik yəhudi köçküçlərin işğal altındakı Şərqi Qüdsün Köhnə Şəhərində fələstinlilərə məxsus çoxlu sayda avtomobil, mağaza və əmlaka ziyan vurublar.

NOCOMMENT.az xəbər verir ki, 18-19 may tarixlərində Şərqi Qüdsün işğalını qeyd etmək üçün fanatik yəhudi köçkünlərin təşkil etdiyi təxribatçı “bayraq yürüşü” işğal altındakı Şərqi Qüdsdə gərginliyi artırıb.

Fanatik qrupların təxribatçı hərəkətləri “bayraq yürüşünün” ikinci günündə, xüsusilə Şərqi Qüdsdə Məscidül-Əqsanın yerləşdiyi İçərişəhərdə cümə namazı saatlarında davam edib.

Təxminən 35 min müsəlmanın iştirak etdiyi cümə namazında oxunan xütbədə müsəlmanların ilk qibləsi olan müqəddəs məbədin və Fələstinin işğaldan azad edilməsi üçün dualar edilib.

Cümə namazı zamanı təxribata başlayan fanatik qruplar əllərində İsrail bayraqları və İsrail qüvvələrinin himayəsi altında Məscidül-Əqsaya açılan Sahirə, Esbat (Aslanlı) və Şam qapılarına gələrək fələstinlilərin qarşısında mahnı oxuyub, rəqs ediblər.

NOCOMMENT.AZ