Yəhudilərə “qadağa” yazıldı – şəhərdə qalmaqal böyüdübackend

Yəhudilərə “qadağa” yazıldı – şəhərdə qalmaqal böyüdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstanın Oş şəhərində yerləşən otellərdən birində quraşdırılan qalmaqallı lövhə geniş ictimai narazılığa səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, lövhədə yəhudilərin və heyvanların obyektə girişinə qadağa qoyulduğu bildirilib.

Məsələ sosial şəbəkələrdə sürətlə yayılaraq kəskin tənqidlər doğurub. Hadisəyə İsrail səfirliyi də reaksiya verərək, bunu bərabərlik və insan ləyaqətinə zidd addım kimi qiymətləndirib.

Məlumata görə, bu qərar binanın sahibi tərəfindən qəbul edilib və otelin icarəçilərinin etirazına baxmayaraq həyata keçirilib. Hüquq-mühafizə orqanlarının müdaxiləsindən sonra qalmaqallı lövhə sökülüb.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır./Musavat.com/