Yekaterinburqda saxlanılan daha iki azərbaycanlının həbs müddəti uzadıldıbackend

Yekaterinburqda saxlanılan daha iki azərbaycanlının həbs müddəti uzadıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yekaterinburqda saxlanılan daha iki azərbaycanlının həbs-qətimkan tədbirinin müddəti uzadılıb.

NOCOMMENT.az bildirir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Verx-İsetski rayon məhkəməsi müstəntiqin Abasov Əziz Azay oğlu və Lalayev Şahin Məmmədalı oğlunun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə vəsatətini təmin edib.

Abasov və Lalayevin həbs müddəti 2025-ci il oktyabrın 19-dək uzadılıb.

İbtidai istintaq orqanları hər ikisini Rusiya Federasiyası Cinayət Məcəlləsinin 33-cü maddəsinin 3-cü hissəsi, 105-ci maddəsinin 2-ci hissəsinin “g”, “z” bəndləri ilə ittiham edirlər.

Bundan əvvəl Verx-İsetski rayon Məhkəməsi etnik Yekaterinburqda saxlanılan digər 6 həmyerlimizin – Kamal, Akif, Ayaz, Məzahir və Bəkir Səfərov, Əhliman Gənciyevin barəsində həbs-qətimkan tədbirinin müddətini uzadıb. Onların qabaqlayıcı tədbiri oktyabrın 19-dək uzadılıb.\\Lent.az