Yelkənli gəmi batıb, 7 nəfər itkin düşübbackend

Yelkənli gəmi batıb, 7 nəfər itkin düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın Palermo şəhərinin sahil zolağında yelkənli gəmi batıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Tass məlumat yayıb.

Göyərtəsində 22 nəfərin olduğu təxminən əlli metrlik yelkənli gəmidən biri azyaşlı uşaq olmaqla 15 nəfər sahil mühafizə xidmətinin patrul gəmiləri və yanğınsöndürənlər tərəfindən xilas edilib. Dördü britaniyalı, biri kanadalı və ikisi amerikalı olmaqla 7 nəfər itkin düşüb.

İtkin düşənlərin axtarışları davam etdirilir. Əraziyə bir neçə helikopter cəlb olunub.

Böyük Britaniya bayrağı altında üzən “Bayesian” adlı gəmi dənizin 49 metr dərinliyinə batıb. Faciəyə əlverişsiz hava səbəb olub. Hazırda araşdırma davam edir.