Yeməklərin yanında çiy soğan yeməyin faydaları – Daxili orqanlar…backend

Yeməklərin yanında çiy soğan yeməyin faydaları – Daxili orqanlar…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeməklərin yanında çiy soğan yemək vərdişi orqanizmi bir çox xəstəlikdən qoruya bilər. Mütəxəssislər bildirirlər ki, soğanı çiy istehlak etmək sağlamlıq üçün çox faydalıdır.

NOCOMMENT.az medicina-ya istinadən xəbər verir ki, Aydın Salih “İtirilmiş şəfa axtarışında” kitabında soğan tərkibli üç resept verir.

O, bu resptlərin daxili orqanları toksinlərdən təmizlədiyini bildirir.

Həmin reseptləri təqdim edirik:

Bu reseptlər xüsusilə diabet xəstələri üçün faydalıdır. Bundan başqa, çiy soğanın faydaları saysız-hesabsızdır.

1-ci resept:

Hər axşam bir orta boy soğanın suyunu sıxıb acqarına içmək lazımdır. Su ilə qarışdırmaq olar. Bundan əlavə yeməklərin yanında çiy soğan yemək lazımdır. Bu, insulinə ehtiyacı azaldacaq.

2-ci resept:

Orta boy soğanın şirəsini 150-200 qram ağ kələm, brokoli və ya yerkökü şirəsi ilə qarışdırıb qurtum-qurtum için.

3-cü resept:

Orta boy soğanın şirəsini 150-200 qram qırmızı çuğundur suyu ilə qarışdırıb için.

Çiy soğanın faydaları:

– Daxili orqanları təmizləyir

– Bağırsaqları aktivləşdirir

– Osteoporoza qarşı faydalıdır

– Dərini gözəlləşdirir

– Saçları daha sürətli böyüdür

– Xolesterolu aşağı salır

– İmmuniteti gücləndirir

-İltihabı azaldır