Cümə günü Qırmızı dənizdə Liberiya bayrağı altında yük daşıyan konteyner gəmisi raketlə hücuma məruz qalıb. Yəmənli üsyançılar məsuliyyəti öz üzərinə götürüb.
NOCOMMENT.az Britaniyanın dəniz təhlükəsizliyi şirkəti Ambrey-ə istinadən xəbər verdiyi kimi, gəmi dənizdə üzərkən raketlə vurulub.
Nəticədə konteynerlərdən biri gəminin üzərinə aşıb və göyərtədə yanğınb.
Qurbanlar haqqında heç bir məlumat yoxdur.