Yəməndə yardım zamanı izdiham: Ölənlər varbackend

Yəməndə yardım zamanı izdiham: Ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Husilərin nəzarətində olan Sənada nağd yardımın paylanması zamanı izdiham yaranıb.

NOCOMMENT.az xəbər verir ki, izdihamda 78 nəfər ölüb, 150-dən çox insan isə yaralanıb.

Husilərin nəzarətində olan Sana Sevre Xəstəxanası İdarə Heyətinin sədri Mütəhhir Mürşid “Əl-Mesirah” televiziyasına Sənada bir iş adamının nağd yardım paylanması zamanı izdiham yaşandığını açıqlayıb.

Daxili İşlər Nazirliyinin Sənadakı sözçüsü Abdulhalik əl-Aceri sözügedən yardım işlərinin Daxili İşlər Nazirliyi ilə razılaşdırılmadan aparıldığını və bu səbəbdən iki iş adamının saxlanıldığını bildirib.

NOCOMMENT.AZ