Yenə əlliyədək koronavirus xəstəsi saxlanıldıbackend

Yenə əlliyədək koronavirus xəstəsi saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

COVİD-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, dekabrın 15-də polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublika ərazisində ictimai yerlərdə yaşayış yerlərini tərk edən 49 aktiv COVİD-19 xəstəsi müəyyən olunaraq saxlanılıb və tibbi qaydalar gözlənilməklə yaşadıqları evə qaytarılıblar.

Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə 32 nəfər barəsində cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.