Yeni agentliyin rəhbəri kim olacaq? – Rəsmi açıqlamabackend

Yeni agentliyin rəhbəri kim olacaq? – Rəsmi açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mədəniyyət Nazirliyi Kino Agentliyinin strukturu haqqında məsələyə aydınlıq gətirib.

NOCOMMENT xəbər verir ki, nazirlikdən modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yeni yaradılacaq agentliyin strukturu və bundan sonra həyata keçirilməli olan prosedur ölkə başçısının müvafiq fərmanına əsasən təşkil ediləcək.

Prezident İlham Əliyevin ötən gün imzaladığı müvafiq sərəncamda qeyd edilib ki, agentlik Azərbaycanda kinematoqrafiyanın inkişafının, o cümlədən yerli və müştərək kino istehsalının dəstəklənməsi, kino mədəniyyətinin təbliğinin təşkili, kinematoqrafiya müəssisələrinin və kino sənayesi iştirakçılarının fəaliyyətinin, eləcə də kinematoqrafiya sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, Azərbaycan kinematoqrafiyasının dünya kinematoqrafiyasına inteqrasiyası sahələrində fəaliyyət göstərən, nazirliyin tabeliyindəki kinematoqrafiya müəssisələrini idarə edən və onların fəaliyyətinə nəzarəti həyata keçirən publik hüquqi şəxsdir.

Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr, onun iki müavini daxil olmaqla 3 üzvdən ibarət Müşahidə Şurası yaradılır. Agentliyin fəaliyyətinə rəhbərliyi Baş direktor həyata keçirəcək.

Qurumun rəhbərliyi məsələsi ilə əlaqədar nazirlikdən bildirilib ki, bununla bağlı zamanı gəldikdə ictimaiyyətə məlumat veriləcək.