Yeni baş nazir təyin ediləcəkbackend

Yeni baş nazir təyin ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə Ceyhun Cəlilov Naxçıvan MR-da Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin olunub.

NOCOMMENT.az Modern.az-a istinadən xəbər verir ki, yeni vəzifəsinə görə o, Naxçıvan Baş naziri vəzifəsindən azad edilib.

Naxçıvan Muxtar Respublikası Baş nazirini vəzifəyə Ali Məclis təyin edir.

Naxçıvan Muxtar Respublikası Baş nazirinin vəzifəsinə namizəd isə Azərbaycan Respublikası Prezidenti tərəfindən təqdim olunur.

Baş nazir vəzifəsinə yaşı 30-dan aşağı olmayan, ali təhsilli, seçkilərdə iştirak etmək hüququna malik, başqa dövlət qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir.

Yaxın günlərdə yeni Baş nazir təyinatının Ali Məclisdə müzakirə ediləcəyi gözlənilir.