Yeni doğulan körpə həkim səhlənkarlığı nəticəsində öldübackend

Yeni doğulan körpə həkim səhlənkarlığı nəticəsində öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bərdə rayonunda uşaq həkim səhlənkarlığı nəticəsində ölüb.

Rayon prokurorluğundan NOCOMMENT-ə verilən məlumata görə, sentyabrın 5-də saat 9 radələrində Bərdə rayonu, Mirzalıbəyli kənd sakini Aytac Qasımovanın yeni doğulmuş uşağı ölüb.

Aparılmış araşdırmalarla 2000-ci il təvəllüdlü Aytac Qasımovanın sentyabrın 4-də saat 16 radələrində doğuş sancıları ilə Bərdə doğum evinə qəbul edilməsi, həmin gün qeysəriyyə əməliyyatı aparıldıqdan sonra sağlam uşağın doğulmasına baxmayaraq həkimlərin səhlənkarlığı nəticəsində yeni doğulmuş uşağın ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.