Yeni dünya nizamını Rusiya quracaq – Medvedyevbackend

Yeni dünya nizamını Rusiya quracaq – Medvedyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gələcək dünya nizamını formalaşdıran bu gün Rusiyadır. ABŞ, İngiltərə və ya qaranlıq Kiyev olan dövlətlər deyil. Yeni bərabər dünya nizamı qurulacaq.

NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.

“NATO və Qərb dünyası ilə yalnız Rusiya mübarizə aparır. Ona görə də keçmişlə hər hansı paralellər yanlış və ya şərtidir. Bir şey istisna olmaqla: güclü düşməni və ya düşmən ittifaqlarını tək biz məhv edə bilərik”, – Medvedyev qeyd edib.