“Münhen Təhlükəsizlik Konfransı hər il keçirilir. Hazırda isə beynəlxalq köhnə siyasi nizam çökür və dünya yeni siyasi nizamın formalaşmasına doğru gedir”.
Bu sözləri NOCOMMENT.az-a politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində liderlər öz dövlətlərinin prioritetlərini bəyan edəcəklər:
“Dünya 22 fevral 2022-ci ildən – Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra dəyişib.

Həmçinin ABŞ Prezidenti Donald Tramp yeni dünya siyasi nizamı formalaşdırmağa çalışır. Bu modeldə ABŞ-nin yenidən təkqütblü lider kimi çıxış etməsi hədəflənir və bunun üçün ciddi siyasi-hərbi addımlar atılır.
Rusiya Ukraynada mövqeyindən geri çəkilmir. Moskvanın əsas iddiası yenidən fövqəldövlət kimi qəbul olunmaqdır.
Çin də öz təsir dairəsini genişləndirməyə hazırlaşır.
Avropa İttifaqı isə güclənmə xətti götürüb.
Münhen konfransı bu mənada mövqelərin toqquşduğu platformaya çevrilir. Eyni zamanda, bu konfrans köhnə siyasi nizamın formatı kimi də qiymətləndirilə bilər.
Bu görüşlərin real nəticə verib-verməyəcəyi isə sual altındadır.
Əgər Qərb Ukraynada üstünlük əldə edərsə, ABŞ və Avropa yeni dünya siyasi nizamında aparıcı mövqelərini qoruyacaq. Hazırda isə Rusiya ilə qarşıdurmada kimin qalib gələcəyi məsələsi açıq qalır. Bu qeyri-müəyyənlik beynəlxalq siyasi nizamın formalaşmasını çətinləşdirir”.
Atilla Rzasoy













