Yeni elektromobilləri kreditlə almaq üçün ilkin ödəniş tələbi açıqlandıbackend

Yeni elektromobilləri kreditlə almaq üçün ilkin ödəniş tələbi açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda kreditlə istehsal tarixi 3 ildən az olan elektromobil almaq istəyənlər onun dəyərinin 10%-i qədər ilkin ödəniş edəcək.

NOCOMMENT xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının təsdiqlədiyi “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”da öz əksini tapıb.

Bundan başqa, Qaydaya əsasən, istehsal tarixi 3 ildən çox olan elektromobillərin kreditləşdirilməsi üçün isə ilkin ödəniş tələbi 40% olacaq.

Həmçinin, hibrid mühərrikli avtomobil nəqliyyatı vasitələri üzrə kreditin rəsmiləşdirilməsi üçün istehsal tarixi 1 il və yaxud ondan az olduqda ilkin ödəniş 20%, 1-3 il olduqda 40%, 3 ildən çox olduqda isə 50% təşkil edəcək.