Yeni erməni meyitləri tapılıbbackend

Yeni erməni meyitləri tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadrut yaxınlığındakı döyüş meydanlarında daha 11 erməninin: 10 əsgər və bir yerli sakinin meyiti tapılıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə qondarma ölkənin fövqəladə hallar xidmətinin sözçüsü Unan Tadevosyan məlumat yayıb. Onun sözlərinə görə, meyitlər Hadrutun Edişə (Vardaşat) kəndi yaxınlığında tapılıb. Dinc sakin qohumları tərəfindən tanınsa da, hərbçiləri tanımaq mümkün olmayıb – onların kimliyi DNT analizlə müəyyən olunacaq.

Bununla döyüş meydanlarından yığılan erməni əsgər meyitlərinin sayı 1222-yə çatıb. Axtarışların yanvarın 12-də davam edəcəyi bildirilib.