Yeni evlənən cütlük qəzaya düşdü, oğlan öldü – FOTOLARbackend

Yeni evlənən cütlük qəzaya düşdü, oğlan öldü – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən saat 15 radələrində İsmayıllı rayonunun Aşıqbayramlı kəndi ərazisində ağır yol qəzası baş verib.

NOCOMMENT-in qafqazinfo-ya istinadən məlumatına görə, Göyçay rayonu, Alxasova kənd sakini, 1992-ci il təvəllüdlü Şükran Cəfərovun idarə etdiyi “VAZ” markalı avtomobillə S.Hüseynovun idarə etdiyi “Howo” markalı betonqarışdıran maşın toqquşub.

Nəticədə Ş.Cəfərov və sərnişini olan həyat yoldaşı V.Novruzova ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib, Ş.Cəfərov orada ölüb.

Qeyd edək ki, Şükran Cəfərovla V.Novruzova 15 gün əvvəl ailə həyatı qurublarmış.

Faktla bağlı İsmayıllı RPŞ tərəfindən araşdırma aparılır.