Yeni gömrük tarifləri Fransada ixtisarlara səbəb ola bilərbackend

Yeni gömrük tarifləri Fransada ixtisarlara səbəb ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın Şərab İxracatçıları Assosiasiyası Avropa İttifaqını (Aİ) avqustun 7-də qüvvəyə minəcək gömrük tarifləri ilə bağlı danışıqları davam etdirməyə çağırıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, ABŞ ilə Aİ arasında razılaşdırılmış 15 faizlik gömrük tarifləri spirtli içkiləri əhatə etmir. Bu da İtaliya və Fransanın ixracatında ciddi azalmaya səbəb ola bilər. Hər 2 ölkədə lüks şərab markalarının əsas alıcıları ABŞ vətəndaşlarıdır.

Assosiasiya hesab edir ki, yüksək tariflər nəticəsində ixracat kəskin aşağı düşəcək. Bu da təkcə Fransada 600 min iş yerini təhlükə altında qoya bilər.