Yeni il yeməklərini yaxşı həzm etmək üçün nə etməli?backend

Yeni il yeməklərini yaxşı həzm etmək üçün nə etməli?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni il masasında köpdən, qıcqırmadan və ağırlıqdan əziyyət çəkməmək üçün həzmi yaxşılaşdırmağın yollarını tapmalıyıq.

NOCOMMENT.az medicina-ya istinadən xəbər verir ki, həkim Tatyana Meşeryakova bunun üçün məsləhətlər verib.

“Bayram süfrəsində çox və müxtəlif yeməklər olduğu üçün insan heç vaxt olmadığı qədər çox yeyir.

Həddən artıq çox yeməyin qarşısını almaq üçün hər insana öz boşqabında porsion yemək gətirilsə yaxşıdır.

Soyuq qəlyanaltıları çox az etmək, hətta məzələr, kolbasa, sosis belə adam sayı ilə olsa yaxşıdır.
Kolbasa, bekon, vetçinanı paştet və sobada quş əti ilə əvəz edin.

Əsas yemək yağlı ət yox, hind quşu və balıqdan olsun.

Salatları mayonezsiz edin. Salatlara zeytun yağı, limon şirəsi sıxın.

Yeməyi qazlı su ilə içməyin. Şəkərsiz kompotlar edin.

Yeni il gecəsi yeyilən qidaları 1 sutkaya həzm etmək üçün ferment çatışmazlığı yaşanır. Bu da ciddi həzm pozuntusuna səbəb olur.

Bunun qarşısını almaq üçün ferment əvəzləyici Mezim və Pankreatin qəbul edə bilərsiz”.