Yeni il “yolka”sı bəzəyirdi – faciəli şəkildə öldübackend

Yeni il “yolka”sı bəzəyirdi – faciəli şəkildə öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Sankt-Peterburq şəhər sakini evdə yolka bəzəyərkən dünyasını dəyişib.

NOCOMMENT.az yerli mediaya istinadla bildirir ki, zərərçəkən Kollontay küçəsindəki mənzildən Aleksandr xəstəxanasına yerləşdirilib. Həkimlər 51 yaşlı xəstəyə kəllə-beyin travması diaqnozu qoyublar. Onu xilas etmək mümkün olmayıb. Kişi tibb müəssisəsinə gətirildikdən 50 dəqiqə sonra dünyasını dəyişib.

Mərhumun həyat yoldaşı hüquq-mühafizə orqanları ilə söhbəti zamanı bildirib ki, əri yeni il yolkasını bəzəyərkən yıxılıb, nəticədə başı radiatora dəyib. /Lent.az